Çərşənbə axşamı Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinin müxbiri iclasdan məlumat verir.
“125 seçki dairəsinin 124-də parlament seçkilərinin nəticələri təsdiq edilib. 90 saylı Ağdaş seçki dairəsində seçkilərin nəticələri təsdiq olunmayıb. Burada 40 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib”, - deyə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə 58 seçki məntəqsində səsvermənin nəticələri ləğv olunub.
“53 seçki məntəqəsi üzrə səsvermənin nəticələri MSK, qalan 5 məntəqə üzrə dairə seçki komissiyaları tərəfindən ləğv olunub”, - deyə F.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, cəmi 5 mln. 211 min 766 seçicinin adı seçki siyahılarına daxil eidlib. Obnlardan 2 mln. 894 min 553 nəfər Milli Məclisə seçkilərdə səsvermə prosesində iştirak edib.
Öncə iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, həmçinin müxtəlif ekspertlərin çıxışları dinlənilib. Onlar hamısı qeyd ediblər ki, noyabrın 1-də seçkilər demokratik, qanuna uyğun şəkildə keçirilib, qeydə alınan pozuntular isə səsvermənin nəticələrinə təsir etməyib.
Bütövlükdə, parlament seçkilərində birbaşa 15 siyasi partiya və bir blok iştirak edib. Hakim Yeni Azərbaycan Partiyası parlamentdə 125 yerdən 69-u tutaraq seçkilərdə qalib gəlib.
R.Babayev