2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumi məbləği $170 mln. 641,4 min olan avtobuslar idxal edilib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində respublikaya ümumilikdə 733 ədəd avtobus (artım 3 dəfə) idxal olunub.
undan başqa, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə $23 mln. 820,2 min dəyərində 1,584 ədəd yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 59,9% azdır.
2015-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 20,386 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,1% azdır.
N.Abbasova