Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bank sektoru üçün mənfəət vergisinə güzəştlərin tətbiqinə zərurət görmür.
“Şübhəsiz, bütün mərhələlərdə bu cür vergi tətilləri bazar üçün müsbət təsirə malikdir. Lakin, eyni zamanda unutmamalıyıq ki, büdcə gəlirləri də təmin olunmalıdır. Bu nöqteyi-nəzərdən, hazırki mərhələdə banklara bu cür vergi tətilləri tətbiq etmək düzgün deyil”, - deyə Z.Nuriyev çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, banklara sadəcə vergi ödəyiciləri kimi yanaşmaq olmaz, “banklar - yeni vergi ödəyicilərinin yaranması və dəstəklənməsinə imkan yaradan strukturlardır”.
“Bundan başqa, bu gün bank sektoru beş və ya on il öncə olduğundan fərqlənir. Bu sektorun aktivləri 30 mlrd. manata yaxındır, dövlət büdcəsinin gəlirlərindən 5-6 dəfə çoxdur (ARDNF-dan transfertlər nəzərə alınmadan)”, - deyə Z.Nuryev vurğulayıb.
A.Axundov