Azərbaycan Respublikasının beşinci çağırışMilli Məclisinin ilk iclası öz işinə başlayıb.Bu barədə “AzərTAC” dövlət agentliyi məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.
İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.
R.Babayev