Türkiynin Hərbi Hava Qüvvələri (HHQ) ölkənin hava məkanını pozmuş hərbi təyyarəni vurub. Bu barədə “Hürriyyət” qəzeti Türkiyənin CNN kanalına istinadən məlumat yayıb.
Daha öncə Türkiyə sərhədi yaxınlığında Suriyaya məxsus hərbi təyyarənin qəzaya uğradığı bildirilmişdi.
Qəzetin məlumatına əsasən Latakiyanın Yamadi kəndində türkmənlərin müvəqqəti məskunladığı çadır düşərgəsinə qəzaya uğramış naməlum təyyarə düşüb. Təyyarənin pilotları qəzadan öncə təyyarəni tərk edə biliblər.