İndiki iqtisadi vəziyyət Azərbaycanda maliyyə resurslarından istifadəni asanlaşdıran qanunların qəbul və tətbiq edilməsini tələb edir. Bunu Azərbaycan Banklar Assosiasiyasının ( ABA) prezidenti Zakir Nuriyev çərşənbə axşamı “Kiçik və orta sahibkarlığın inkişafına dəstək: Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlara olan zəruriyyət” adlı konfransda çıxışı zamanı bildirib.
“Ümid edirəm ki, Milli Məclisin yeni tərkibi bu qanun layihələri ilə məşğul olacaq və tez bir zamanda bu qanunları qəbul edəcək”,- deyə Z.Nuriyev bildirib.
O xüsusilə “ Daşınar əmlakın yüklülüyü haqqında” qanunu qeyd edib.
Z.Nuriyev jurnalistlərə bildirib ki, ABA və assosiasiya nəzdində ekspert qrupu Mərkəzi Banka Vergi Məcəlləsinə, bir sıra qanunlara düzəlişlər edilməsi ilə bağlı təkliflərini təqdim edib. “Düzəlişlər əsasən ipoteka kreditləşməsi zamanı girovun təmin edilməsi məsələləri ilə əlaqədardır”,- deyə o əlavə edib.
A.Axundov