Suriyada qəzaya uğramış rus hərbi təyyarəsi ilə bağlı vəziyyətə tam aydınlıq gətirilənə qədər RF və Türkiyə arasında münasibətlərin pisləşməsi barədə danışmaq çox tezdir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyəyib.
“Vəziyyət tam aydınlaşana qədər hansısa nəticə çıxarmaq, vəziyyəti qiymətləndirmək düzgün olmazdı”,- deyə D.Peskov çərşənbə axşamı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə “ bu məsələdə səbirlə hərəkət etmək lazımdır”. “Bu həqiqətən çox ciddi hadisədir, lakin əlimizdə tam informasiya olmadan nəsə demək mümkün deyil və düzgün olmazdı”,- deyə prezidentin mətbuat katibi qeyd edib.