Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla birinci görüş keçirib.
Səfirliyin məlumatına əsasən, görüşdə E.Abdullayev bu cür görüş və əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. Diplomat qeyd edib ki, təxminən 800-ə yaxınefiopiyalı Azərbaycanın ali məktəblərini bitirib.
Öz növbəsində, məzunlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi naminə Azərbaycan Səfirliyi ilə fəal şəkildə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda Efiopiyanın əsas kanalı olan EBC TV kanalının Azərbaycanla bağlı hazırladığı proqram və ölkəmiz haqqında müxtəlif videoçarxlar nümayiş etdirilib.
F.Hüseynzadə