“Parabank”ın müştəriləri “e-Manat” terminalları vasitəsilə kreditləri ödəyə biləcəklər. Bu barədə bankdan məlumat verilib.
“Bundan sonra bankın müştəriləri “e-Manat” terminalları vasitəsilə kreditlərin ödənişinihəyata keçirə biləcəklər. Hazırda “e-Manat” terminalları Azərbaycanın müxtəlif ictimai yerlərində quraşdırılıb”, - deyə məlumatda deyilir.
“e-Manat” terminalları vasitəsilə ödəniş zamanı komissiya haqqı ödənişin məbləğinin 0,826%-ni təşkil edir.
“e-Manat” terminalları “Modenis” MMC tərəfindən idarə edilir.
«Parabank» 1991-ci ildə yaradılıb. Bankın səhmdarları 2 hüquqi və 18 fiziki şəxsdir.
A.Əzizov