Türkiyənin baş naziri Əhməd Davudoğlu çərşənbə günü Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Bu barədə yerli KİV-lər məlumat verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak enerji və təbii ehtiyatlar naziri təyin edilib.
Prezidentinin yaxın tərəfdaşlarından olan Binəli Yıldırım isə nəqliyyat naziri postunu tutub.