Bundan sonra İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) Azərbaycan biznes icmasını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edəcək. Bu barədə ASK-nın məlumatında bildirilir.
Bu günədək İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında ölkəmizin biznes icmasını Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası təmsil edirdi
İTSKP-nın Maliyyə Komitəsinin 55-ci görüşündə səlahiyyətlərin ASK-ya verilməsi barədə qərar qərar qəbul edilib.
“ASK palata ilə əlaqələri genişləndirmək və onun tədbirərində fəal iştirak etmək niyyətindədir”,- deyə məlumatda qeyd edilir.
A.Axundov