ABŞ Qarabağ probleminin həllinə fəal kömək etməyə çalışır, lakin bu məsələdə son söz sahibləri Azərbaycan və Ermənistandır. Bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brink çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
“ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını həyata keçirir, lakin münaqişənin nizamlanmasında son sözü Azərbaycan və Ermənistan rəhbərliyi deməlidir. Bizim nöteyi-nəzərdən, münaqişənin sülh yolu ilə nizamlanamsı həm regionun ölkələri, həm münaqişə tərələfləri, həmçinin ABŞ-ın maraq dairəsinə daxildir”, - deyə o bildirib.
B.Brinkin sözlərinə görə, amerikalı nümayəndə daxil olmaqla, ATƏT-in Minqs Qrupunun həmsədrləri Qarabağ probleminin həllində fəallıqları ilə fərqlənirlər.
Azərbaycanla münasibətlərə toxunaraq, o qeyd edib ki, ABŞ respublika ilə təhlüksəzilik, iqtisadiyyat, energetika, demokratiya və insan haqqları sahələrində əlaqələrin genişləndirilməsinə böyük önəm verir.
“Azərbaycanın rəsmi şəxsləri, həmçinin prezident və XİN başçısı, müxalifət liderləri ilə görüşlərdə həmin sahələrdə əməkdaşlıqda maraqlı olduğumuzu bildirdik. Bu sahələr münasibətlərimizim əsasıdır və əməkdaşlıq üçün eyni əhəmiyyət daşıyır”, - deyə B.Brink vurğulayıb.
F.İsazadə