Noyabrın 27-də S.Vurğun adına Dövlət Rus Dram Teatrı A. N. Ostrovskinin “Qurdlar və Qoyunlar” tamaşasını nümayiş etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşnın quruluşçu rejissoru Timur Nasirov (Rusiya), quruluşçu rəssamı Nikita Sazonovdur (Rusiya).
Tamaşadakı hadisələr 1870-ci ildə Rusiyada kiçik əyalət şəhərində baş verir. Gənc, gözəl və zəngin dul qadın Kupavina xoşbəxtlik və sevgi arzusundadır. O ətrafındakıların onun barəsində nə düşündüyünü bilmir. Bir çoxları onun var dövlətinə sahib çıxmaq arzusundadır. Hökmlü və qürurlu mülkədar Murzavetskaya Kupavinanın mülkiyyətini ələ keçirmək istəyir. Murzavetskaya aldatmaq, hədə-qorxu və müxyəlif bəhanələrlə gənc dul qadını özünə tabe etmək və oz qohumu ilə evləndirmək istəyir.Və demək olar ki, buna nail olur. Lakin dul qadının var dövlətində gözü olan daha hiyləgər və ağıllı rəqib ortaya çıxır. Bu Kupavinanın qonşusu Berkutovdur. O rəqibləri ilə mübarizə apararaq hadisələri istədiyi səmtə yönəldə və qələbə çala bilir.
Tamaşada xalq artistləri Hacı Murad Yegizarov, Aleksandra Nikuşina, Yuri Baluyev, əməkdar artist Əsgər Rəhimov, artistlər Yuri Omelçenko, Yeganə Hüseyinli, Maya Vorobjanskaya, Bella Safina, Oleq Əmirbəyov, İosif Tkaç, Zaur Trequlov, Olesya Qasımova, Zaur İsgəndərov rol almışlar.
A.Zeydullayeva