Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklikləri təsdiq edib.
Dövlət büşçısının rsəmi saytında dərc edilən düzəlişlərə əsasən, daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə - 4,5 mlrd. manatadək artırılıb.
Sənədə əsasən, cari il üçün daxili borcun 4,5 mlrd. həcmində yuxarı həddi 15 iyul 2015-ci ildən etibarən tətbiq olunması nəzərdə tutulur.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il iyulun 15-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı dövlət zəmanəti əsasında istiqrazlar buraxacaq, emissiyadan daxilolmalar ABB-nin bir sıra qiymətdən düşmüş və/və ya yüksək riskli aktivlərinin satın alınması üçün istifadə olunacaq.
Bununla əlaqədar “Aqrarkredit” 3 mlrd. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur.
“Aqrarkredit” QSC ölkədə ən iri bank olmayan kredit təşkilatıdır.
A.Əzizov