Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində qanunsuz balıq ovu ilə bağlı reydlərə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb və Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub.
Bununla əlaqədar Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.
Bu tədbirlər Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədi ilə həyata keçirilir.
A.Zeydullayeva