Dekabrın 4-də Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər zamanı R.Joşıbayev Azərbaycanın energetika naziri Natiq Əliyev ilə görüşəcək. Azərbaycanın “Astana EKSPO-2017” Beynəlxalq ixtisaslaşmış sərgidə iştirakına dair müqavilənin imzalanması planlaşdırılır.
F.İsazadə