Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“ Əhalinin işlə təmin olunmasında böyük rol oynayan əmək yarmarkalarının keçirilməsi muxtar respublikanın rayonlarında əmək resurslarının iqtisadi fəallığının artmasına xidmət edir”,- deyə Sədərək rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov bildirib.
O bildirib ki, Naxçıvan MR-də müxtəlif layihələrin yerinə yetirilməsi üçün əlverişli şərait var ki, bu da yeni iş yerlərinin yaradılmasına kömək edir.
Qeyd olunub ki, Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları tərəfindən rayondakı idarə, müəssisə və təşkilatlarda, eyni zamanda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplanılaraq əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edilir
Beş təşkilatdan 60 boş iş yerinin çıxarıldığı tədbirdə 10 nəfərə göndəriş verilib.
Q.Hüseynova