Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi onsuz da qeyri-stabil regiona yaxşı neç nə vəd etmir, burada daha bir gərginlik ocağının yaranmasına imkan vermək olmaz. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məcklisin vitse-spikeri Bahar Muradova bəyan edib.
“Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi regiona yaxşı neç nə vəd etmir. Düşünürəm ki, hər iki ölkənin rəhbərliyi gərginliyin artırılmasının qarşını almaq üçün hərbi əməliyyatlar zamanı səbr nüçayiş etdirəcəklər. Regionda vəziyyət onsuz da qeyri-stabildir və burada daha bir gərginlik ocağının yaranmasına imkan vermək olmaz. Bunun nəticələri gözlənilməz ola bilər”, - deyə B.Muradova Ankara ilə Moskva arasında münasibətərin pisləşməsinin Azərbaycan üçün mümkün nəticələrinə dair sualı şərh edərkən bildirib.
Azərbaycanın Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılmasında vasiotəçi qismində mümkün roluna gəlincə, B.Muradova vurğulayıb ki, “hər iki dövlət həm regional, həm də dünya miqyasında əsas rol oynayır. Bundan irəli gələrək, düşünmürəm ki, Ankara və Moskvanın üçüncü tərəfin vasitəçiliyinə ehtiyacı olsun”.
“İstənilən halda, bu gərginliyin nizamlanması məqsədilə bütün vasitələr səfərbər olunmalıdır. Azərbaycan bütün dövlətlərlə normal və mehriban qonşuluq münasibətlərinə üstünlük verir və beynəlxalq əlaqələrin inkişafına öz töhfəsini verir”, - deyə o qeyd edib.
F.İsazadə