25 noyabr tarixində Muzey Mərkəzində "İslam sivilizasiyası uşaqların gözü ilə" respublika rəsm və əl işlərinin müsabiqə-sərgisinin yekunları üzrə qaliblərinin və fərqlənən iştirakçıların mükafatlandırma mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirin məqsədi - gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliğidir.
Müsabiqəyə 400-ə yaxın rəsm və əl işləri təqdim edilib.
Belə ki, müsabiqənin yekunları üzrə 22 müəllifə 2 yaş qrupu üzrə diplomlar, fəxri fərmanlar, pul mükafatı təqdim olunacaq.
A.Zeydullayeva