Çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüş zamanı həmsöhbətlər Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirdilər, gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə ediblər.
Ə.əl-Tuveycri İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə İ.Əliyevə minnətdarlığını bildirdi.
Öz növbəsində, qeyd olunan iclasların Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçısı yüksək səviyyəli qonaqların Azərbaycanla yaxından tanış olmaları üçün tədbirlərin yaxşı imkan yaratdığını dedi.
F.İsazadə