2015-ci ilin yanvar-oktyabr aylarında “Mingəçevir” su elektrik stansiyası (SES) silsiləsi 377,6 mln. kilovatsaat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.
Elektrik enerjisi istehsalının bütün həcmi “Mingəçevir” SES-in payına düşüb.
Oktyabr ayında “Mingəçevir” SES-də 39,1 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib.
ASC-nin məlumatına görə, hazırda stansiyada birinci və ikinci hidroaqreqatlarda yenidən qurulma işləri davam edir.
“Mingəçevir” SES silsiləsinə “Mingəçevir” və “Varvara” SES-ləri daxildir. Layihə gücü 402 MVt olan “Mingəçevir” SES 6 enerji blokundan ibarətdir. Layihə gücü 16 MVt olan “Varvara” SES-ə 3 enerji bloku daxildir.
N.Abbasova