Azərbaycan prezidenti İlham Əliyev Elxan Qəhrəmanovu Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam verib.
Həmçinin dövlət başçısının digər sərəncamları ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Qazaxıstandakı səfiri Zakir Həşimov, Türkmənistan və əfqanıstandakı səfiri Vəhdət Sultanzadə, Argentina, Paraqvay, Boliviya və Uruqvaydakı səfiri Məmməd Əhmədzadə geri çağırılıblar.
Eyni zamanda Rəşad Məmmədov Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən,Həsən Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən ,Murad Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident müvafiq sərəncamları çərşənbə günü imzalayıb.
F.İsazadə