Cümə axşamı Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyədəki diplomatik mənbələrdən məlumat verilib.
Cümə günü nazirin Azərbaycan rəhbərliyi ilə danışıqları nəzərdə tutulub.
Çərşənbə axşamı Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə hakimiyyətinin yeni tərkibini təqdim edib. M.Çavuşoğlu yenidən XİN başçısı postunu tutub. Bakı və Ankara arasında ənənəvi təcrübəyə əsasən, Türkiyə XİN başçısı ilk rəsmi səfərini hər zaman Azərbaycana edir.
F.Hüseynzadə