Ən iri filial şəbəkəsinə malik olan "Kapital Bank" "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sisteminə qoşuldu. Bu barədə sistemin məlumatında deyilir.
“Yeni iştirakçıya əsasən, Azərbaycanda "Zolotaya Korona" ssteminin xidmət şəbəkəsi dərhal 94 məntəqə artıb və 1440 nöqtəni ötüb”, - deyə məlumatda qeyd olunub.
"Kapital Bank"ın müştəriləri MDB və uzaq xarici ölkələrə tarifi 1%-dən başlayaraq (məbləğ və tranzadksiyanın istiqamətindən asılı olaraq) pul köçürmələri həyata keçirmək imkanına malikdirlər. Köçürmələr dərhal, ünvünsız, hesab açılmadan həyata keçirilir.
“Kapital Bank” Azərbaycanda ən iri xidmət şəbəkəsinə malikdir, bu səbəbdən bankın üzərinə çox böyük sayda ölkə vətəndaşlarının keyfiyyətli maliyyə xidmətləri ilə təmin olunması mənasında böyük məsuliyyət düşür. Biz ən müasir və yüksək texnoloji bank məhsullarının istifadəsini asanlaşdırmağa çalışırıq, buna görə ümid edirik ki, “Zolotaya Korona” ilə əməkdaşlıq müştərilərimizin maraqlarında uğurla inkişaf edəcək”, - deyə məlumatda bankın satış kanalları departamentinin direktoru Vüsal Nağıyevin sözlərindən sitat gətirilir.
“Kapital Bank” Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,84%) və fiziki şəxslərdir (0,16%).
“Zolotaya korona” sistemi vasitəsilə “Caspian Development Bank” ASC-də aşağıdakı istiqamətlərə pul köçürmələri həyata keçirmək mümkündür: Azərbaycan, Belarus, Böyük Britaniya, Vyetnam, Yunanınstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Moldova, Monqolustan, Nepal, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna, Çexiya.
A.Əzizov