Azərbaycan Hökuməti və Pakistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. Bu barədə Energetika Nazirliyinin məluamtında deyilir.
Azərbaycanın energetika naziri Natiq Əliyevlə Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqq arasında keçirilən görüşdə Azərbaycan- Pakistan arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Hazırda Azərbaycan-Pakistan arasında energetika sahəsində əməkdaşlığa dair Hökumətlərarası Anlaşma Memorandumunun layihəsi razılşadırılma mərhələsindədir. Azərbaycan Pakistanla energetika sahəsində əməkdaşlığa hazırdır”,- deyə məlumatda qeyd edilir.
Görüşdə həmçinin, Pakistana neft məhsulları və maye qazın nəqli üçün infrastruktur yaradılması perspektivləri müzakirə olunub.
A.Əzizov