Prezident İlham Əliyev ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə “Dostluq” ordeni təqdim etdi. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev bununla əlaqədar müvafiq sərəncam imzalayıb. Cümə axşamı Bakıda ISESCO-nun Baş Konfransının XII sessiyası zamanı mükafatın təqdim edilməsi mərasimi keçirilib.
Həmçinin prezident sessiyanın açılışında çıxış etdi.
F.Hüseynzadə