Müsəlman aləmi qarşısında meydana çığan müasir çağırışlar islam ölkələrinin həmrəyliyinin möhkəmləndirilməsini zəruri edir. Bunu ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasında təşkilatın İcraiyyə Şurasının sədri Bubəkr Dokurə söyləyib.
“ İslam aləmi qarşısında bir çox çağırışlar var və İSESCO ona kömək etməlidir. İSESCO –nun fəaliyyətində əldə edilən uğurlar nəzərə alaraq sıx əməkdaşlıq edilməli və vahid islam ideyaları dəstəklənməlidir. Biz İSESCO-nun rolunu artırmalı və onun cəmiyyətdə yerini möhkəmləndirməliyik”,- deyə o əlavə edib.
Natiqin sözlərinə görə, dövlətlərin İSESCO çərçivəsində fəaliyyəti bundan sonra da müsəlman aləmində vəhdətin möhkəmləndirilməsinə yönəldiləcək.
A.Zeydullayeva