Xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr tarixində Tbilisi şəhərində keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, E.Məmmədyarov toplantıda çıxış edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
F.Hüseynzadə