2016-cı ildə Xəzər Donanmasının dənizçiləri üçün əsas prioritet məsələ Qazaxıstan-Azərbaycan- Rusiya hərbi təlimlərində iştirak etməkdir. Bu barədə Cənub Hərbi Dairəsinin qərargahı məlumat verir.
“Təlimlər Hərbi Dəniz Donanmasının komandanının rəhbərliyi altında keçəcək. Ümumilikdə, donanma komandanlığının, gəmi komandirlərinin və sahil qoşun hissələrinin rəhbərliyi altında 20-yə yaxın müxtəlif təlimin keçirilməsi planlaşdırılıb”,- deyə məlumatda qeyd edilir. Bu barədə “İnterfaks-ABH” cümə axşamı məlumat verir.
2015-ci ilin 11 ayı ərzində Andreyevsk bayraqları qaldırılıb və Xəzər Donanmasının tərkibinə 23370 layihəli dörd yeni çoxfunksiyalı modul kateri daxil edilib.