Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır. Bunu jurnalistlərə çərşənbə axşamı ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri söyləyib.
“İSESCO Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti şəkildə öz prinsiplərinə sadiqdir. Bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir, buna görə də mən təşkilata üzv olan bütün ölkələrə müraciət edərək demək istəyirəm ki, biz Azərbaycanın tərəfindəyik və işğal edilmiş torpaqlar qaytarılmalıdır”,- deyə Əbdüləziz Osman əl-Tuveycri söyləyib.
Bununla yanaşı o təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının 20 il bundan öncə münaqişəyə dair qəbul etdiyi 4 qətnamənin tələblərinə hələ də əməl edilmir.
A.Zeydullayeva