Nardaran qəsəbəsində dindarlarla polis arasında baş vermiş silahlı toqquşma nəticəsində dördü polis işçisi olmaqla 8 nəfər həlak olub. Bu barədə ANS telekanalı hadisə şahidlərinə istinadən məlumat verir.
Məlumata əsasən, Nardaran məscidində polis və dindarlar arasında avtomat və qumbaralardan istifadə olunmaqla silahlı insident baş verib.
Hazırda Azərbaycanın hüquq mühafizə orqanları qəsəbəyə giriş-çıxışın qarşısını alıb.
İnsident nəticəsində yaralıların yerləşdirildiyi Sabunçu şəhər xəstəxanası gücləndirilmiş polis nəzarətinə alınıb.
R. Babayev