“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2016-cı ilin yay mövsümünə qədər Bakı-Alanya-Bakı aviareysinin açılması imkanını müzakirə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.
“Hazırda AZAL Bakı-Antalya aşağı
büdcəli reysi (“lou-kost”) üzrə uçuş həyata keçirir. Lakin. Indi 2016-cı ilin yay mövsümünə qədər Bakıdan Alanya şəhərinə (Antalya şəhərindən 138 km məsafədə) reysin açılması imkanını müzakirə edir. Bu bizə xərcləri aşağı salmağa və bir tərəfə biletin qiymətini 99 avrodan ucuz müəyyən etməyə imkan verəcək”, - deyə P.Kəsəmənski bildirib.
O həmçinin məlumat verib ki, hazırda AZAL Bakı-Antalya-Bakı və Bakı-İstanbul-Bakı aşağı
büdcəli reyslər üzrə uçuşları davam etdirir. Bununla yanaşı, P.Kəsəmənski vurğulayıb ki, yay mövsümünün başa çatması ilə əlaqədar Antalyaya reyslərin sayı həftədə 3 dəfədən 1 dəfəyə qədər azalıb.
“Bakı-İstanbul reysi üzrə dəyişikliklıər yoxdur, gündəlik həyata keçirilir. Yay mövsümünün başa çatması və tələbatın azalması ilə əlaqədar AZAL müvəqqəti olaraq Dubay və Moskva şəhərlərinə aşağı
büdcəli reyslər üzrə uçuşları dayandırıb. Ancaq həmin reyslər ənənəvi olaraq böyük sərnişin axını müşahidə ediləndə Yeni il ərəfəsində bərpa olunacaq”, - deyə o qeyd edib.
Aşağı
büdcəli reyslər üzrə uçuşlar “Embraer” təyyarələri ilə həyata keçirilir. Qeyd edilən istiqamətlər üzrə bir tərəfə aşağı
büdcəli reyslər üzrə biletlərin son məbləği 99 avro təşkil edir.
N.Abbasova