Dekabrın 5-də Belarus opera sənətinin ulduzları Bakıda P.Çaykovskinin “Qu gölü” tamaşasında çıxış edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.
“Tamaşada klassik balet sənətinin əsl ulduzları -n Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri - Belarusun xalq artisti, Balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalları və birinci mükafatlarının sahibi Olqa Qayko və Belarus prezidentinin Xüsusi Fondunun mükafatının sahibi, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Onoşko ifa edəcəklər”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
Tamaşada rolları Belarusun əməkdar artisti, O.Qayko və İ.Onoşko Avropada ən tələb olunan balet artistlərindən biridirlər. Onların London, Paris, Amsterdam, Münhen, Sürix, Tokio, Berlin və Avropanın bir çox digər şəhərlərinə qastrol səfərləri uğurla keçib.
2010-cu ildə Tokioda keçirilən beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” tamaşasında əsas partiyaların ən yaxşı ifaçıları kimi xüsusi prizə layiq görülüblər.
Görkəmli baletmeyster, SSRİ xalq artsti, Dövlə mükafatları laureatı, professor Valentin Yelizaryev mətbuatda çıxışında O.Qaykonu müasir dövrün görkəmli balerinası və Odilliya partiyasının ən yaxşı ifaçılardından biri adlandırıb.
A.Zeydullayeva