Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 27-nə manatın dollara nisbətən rəsmi məzənnəsini 1,0511 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
AMB noyabrın 27-na manatın avroya nisbətən rəsmi məzənnəsini noyabrın 26-də qeydə alınmış 1,1164 manat/1EUR səviyyəsinə qarşı 1,1152 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1075% möhkəmlənib.
Noyabrın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi noyabrın 26-da qeydə alınmış 0,0161 manat/1RUR səviyyəsinə qarşı 0,016 manat/1RUR səviyyəsində müəyyənləşdirib. Beləliklə manat rubla qarşı 0,6211% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov