“Rossiya 24” dövlət televiziya kanalında efirə getmiş verilişin müəllifləri Azərbaycan və Ermənistan-Azərbaycan barədə məlumatı təhrif ediblər. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
“Rossiya 24” dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş “Türk diş qıcaması: nəyə görə “Boz qurdlar” rusiyalэıpilotu öldürüblər?” (“Turetskiy oskal: poзemu "Serie volki" ubili rossiyskoqo pilota”) adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adэ hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib”, - deyə H.Hacıyev bildirib
XİN nümayəndəsi vurğulayıb ki, “tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycanın adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycanla Rusiya arasındakı əlaqələrə xələl gətirmək məqsədi güdürlər”.
F.Hüseynzadə