Bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumar verib.
“ ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfəri zamanı görüşün keçirilməsi ideyası müzakirə olundu. Biz öz razılığımızı bildirdik. Yəqin ki, ilin sonunda görüş olacaq, həmsədrlər bu məsələ üzərində işləyirlər”,- deyə E.Məmmədyarov cümə günü Bakıda TürkiyəninXİN başçısı Mevlüt Çavuşoğlu ilə birgə mətbuat konfransında qeyd edib.
Azərbaycanın XİN başçısı , türkiyəli həmkarı ilə danışıqlar zamanı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyətə dair, Rusiyanın xarici işlər naziri S.Lavrovun bu yaxınlarda Bakı və İrəvana səfəri barədə məlumat verdiyini söyləyib, həmçinin münaqişənin həlli üçün irəliləyişin zəruri olduğunu vurğulayıb.
“ Hamı qəbul edir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərində yerləşməsi bütün region üçün problem yaradır”,- deyə E.Məmmədyarov söyləyib.
R. Babayev