Türkiyə ATƏT-in Minsk Qrupunu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmsında fəallaşmağa çağırıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“ATƏT-in Minsk Qrupunu münaqişənin nizamlanması istiqamətində daha fəal olmağa çağırırıq”, - deyə nazir cümə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsində “Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək”.
Öncə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Türkiyəyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən “kənarda” durmağı məsləhət görüb. Türkiyənin baş naziri Əhməd Davudoğlunun “Türkiyə Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsi üçün mümkün olan hər şey edəcək” bəyanatına Ermənistan tərəfi bu cür reaksiya verib.
R.Babayev