Azərbaycanlı nümayəndələr Moskvada “Rossotrudniçestvo” təşkilatının 90 illik yubiley tədbirində iştirak edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Azərbaycanı bu tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova və xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski təmsil edir.
Həmçinin Rusiyanın “Yeni nəsil” proqramı çərçivəsində azərbaycanlı gənclərdən ibarət böyük bir qrup Moskvada səfərdədir.
“Forumm Xaricdə Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyətinin (ÜMƏC) yaradılmasının 90 illiyinə həsr olunub. Bu gün bu təşkilat Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq Təşkilatı( Rossotrudniçestvo) adlanır”,- deyə məlumatda qeyd edilir.
Forumun açılışında “Rossotrudniçestvo” təşkilatının rəhbəri Lyubov Qlebova bildirib ki, həqiqi xalq diplomatiyası hər zaman hər hansı şərtilikdən üstün olub.” O reqlamentlərə sığmır, çünki insan münasibətlərini hər hansı dar qəfəslərə salmaq olmaz və lazım da deyil”,- deyə məlumatda L. Qlebovaya istinadən bildirilib.
A. Zeydullayeva