Rusiya bazarlarında Türkiyədən gətirilən pomidorların yerini Mərakeşdən gətirilən məhsullar tuta bilər. Qiymətlərin kəskin bahalaşması gözlənilmir. Bu barədə “İnterfaks” agentliyinin müxbiri böyük suermarketlərin əməkdaşları ilə söhbətdən sonra məlumat verib.
“Heç bir problem olmayacaq. Satınalmalar üçün başqa mənbələr haqqında heç bir göstəriş daxil olmayıb.Gördüyünüz kimi, vitrinlərimiz doludur”,- deyə “Aşan” hipermarketlər şəbəkəsinin əməkdaşlarından biri qeyd edib və Türkiyədən , Azərbaycandan, eləcə də Mərakeşdən gətrilmiş malları göstərib.
“Perekrestok” ticarət şəbəkəsinin əməkdaşı isə vitrindəki Azərbaycan və Rusiya istehsalı olan pomidorları göstərərk bildirib ki, Türkiyədən də məhsulların gətirilməsi davam edəcək.