Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın şəhər və rayonlarında ümumilikdə 58 əmək yarmarkası təşkil edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Bu aktiv məşğulluq tədbirlərində 4908 nəfər işaxtaran və işsiz vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 4269 nəfəri, yəni 87 %-ə yaxını həmin göndərişlər əsasında münasib iş yerləri ilə təmin olunublar.
Yarmarkalarda 462 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 229 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.
Növbəti Əmək yarmarkası Sumqayıt şəhərində təşkil olunub. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 boş (vakant) iş yeri təqdim edilib.
R. Babayev