Çərşənbə günü Səudiyyə Ərəbistanı Krallığında "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.
Tədbirin təşkilatçıları qismində İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi və SAM çıxış edir.
Simpozium iştirakçıları “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr aparacaqlar.
Tədbirdə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev iştirak edəcəklər.
R.Babayev