“Azərlotereya” ASC lotereya biletlərinin satışını təşkil etmək üçün tərəfdaş seçiminə tender elan edib. Bu barədə ASC-nin elanında bildirilir.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 300 manat təşkil edir.
Tender üzrə təkliflər 2016-cı il yanvarın 13-nə kimi qəbul ediləcək. Tender proseduru yanvarın 14-də baş tutacaq.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də yaradılıb və onun təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. “Azərlotereya” Azərbaycanın lotereya bazarında inhisarçıdır.
Xəbər verildiyi kimi “Azərlotereya” SC 2014-cü ildə lotereya biletlərinin satışını 6,2% - 27 mln. 888,818 min ədədə qədər artırıb. “Azərlotereya” 2014-cü ildə biletlərin satışından 28 mln. 514,1 min manat gəlir əldə edib ki, bunun da 18 mln. 189,642 min manatı və ya 64%-i lotereya oyunları üzrə uduş fondunun formalaşdırılmasına yönəldilib.
A.Axundov