"Azərlotereya" ASC-nin təşkil etdiyi "Super Loto" lotereyasının 196 min manat məbləğində "Meqa Pot" qazanıldı. Bu barədə ASC-nin məlumatında qeyd edilir.
"Meqa Pot" lotereyanın 118-ci tirajında qazanıldı.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də yaradılıb və onun təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. “Azərlotereya” Azərbaycanın lotereya bazarında inhisarçıdır.
Xəbər verildiyi kimi, 2014-cü ildə “Azərlotereya” lotereya biletlərinin satışını 6,2% - 27 mln. 888,818 min ədədə qədər artırıb. Ötən il ASC biletlərin satışından 28 mln. 514,1 min manat gəlir əldə edib, bunun 18 mln. 189,642 min manatı, yəni 6,4%-i lotereya oyunları üzrə uduş fondunun formalaşmasına yönəldilib.
A.Əzizov