Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin iştirakı ilə DSX-nin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verib.
Ötən həftə keçirilən təlimlər zamanı dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilənrayona helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılıb, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilib.
"Həyəcan" komandası ilə qaldırılançevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatıb və döyüş tapşırığının dərhal icrasına başlayıblar. Müəyyən olunan hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib.
Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılıb. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilib.
R.Babayev