Azərbaycan ərazisində istirahət günləri 7 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Daha 13 nəfər yol qəzaları nəticəsində yaralanıb.
Bundan başqa, şənbə və bazar günləri respublika ərazisində 144 cinayət hadisəsi qeydə alınıb, onların da 60-ı “isti izlər”lə açılıb.
İstirahət günləri hüquq-mqhafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 64 nəfər saxlanılıb.
Həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 7 fakt, qanunsuz silah saxlanması ilə 2 fakt qeydə alınıb.
R.Babayev