NATO-nun baş katibi Yens Stolteeberq bazar ertəsi bildirib ki, NATO Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu tamamilə dəstəkləyir.
“Bütün müttəfiqlər Türkiyənin öz ərazi bütövlüyü və hava məkanını müdafiə hüququnu dəstəkləyir”,- deyə o, Brüsseldə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib.
Y. Stolteeberq əlavə edib : “Mən Türkiyənin gərginliyi aradan qaldırmaq üçün Moslva ilə əlaqə yaratmaq cəhdlərini alqışlayıram”.