Sabah Ermənistan müxalifəti hakimiyyətin istefaya getməsi və parlament idarə formasına keçidi, qanunvericiliy’ islahatlar edilməsini nəzərdə tutan referendumun keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçirəcək.
“Biz tərəfdaşlarımızı isti geyim və bir neçə günlük qida məhsulları götürməyə çağırırıq. Biz cinayətkar rejimdən azad olana qədər küçədə qalmaq niyyətindəyik. Amma düşünmürəm ki, bunun üçün bizə çox vaxt lazım gəlsin.”,- deyə “Yeni Ermənistan” müxalifət cəbhəsinin “Vahid qərargahı”nın rəhbəri Jirayr Sefilyan bildirib.
Onun sözlərinə görə, müxalifət cəbhəsi İrəvan meriyasına müraciət edərək paytaxtın mərkəzində çadır düşərgələri qurmaq üçün icazə istəyib.
“Hələ ki, meriya bu məsələ üzrə qərar verməyib. Lakin bir məsələ aydındır”- bu mitinq hakimiyyət dəyişikliyi və keçid hökuməti yaradılması prosesinin əsasını qoyacaq”,- deyə J. Sefilyan qeyd edib.
Ermənistanda dekabr ayının 6-da konstitusiya islahatları üzrə referendum keçiriləcək.