“Azərişıq” ASC dekabr ayından etibarən “ASAN Xidmət” (Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) vasitəsi ilə göstərilən xidmətlərin sayını 6-dək artıracaq. Bu barədə ASC-nin məlumatında deyilir.
Dekabr ayından etibarən ASC-nin “ASAN Xidmət” vasitəsilə təklid olunan xidmətlərə daha ikisi daxil ediləcək: smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi; qeyri əhali üzləşmə aktların verilməsi
Hazırda “Azərişıq”ın “ASAN Xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərə: borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması xidmətləri daxildir.
Bakıda “Azərişıq” “ASAN Xidmət”in 1, 2,3 və 5 saylı mərkəzlərində göstərilir. Regionlarda ASC Sumqayıt, Sabirabad, Bərdə və Gəncə şəhərlərində “ASAN Xidmət” mərkələzi vasitəsilə xidmətlər göstərir.
Xəbər verildiyi kimi, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir
N.Abbasova