Azərbaycan qadınları ictimai –siyasi proseslərdə fəal iştirak edirlər. Bunun təmin edilməsində hakim Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası böyük rol oynayır. Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin
müavini Əli Əhmədov bazar ertəsi Bakıda, YAP-ın Qadınlar Şurasının yaranmasının 20 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.
“ YAP Qadınlar Şurasının yaradılması partiyanın fəaliyyətində əlamətdar hadisə oldu. Bu qurumun yaradılması qadınların ölkənin ictimai siyasi həyatda fəal rol oynamasını təmin etmək məqsədi daşıyırdı”,- deyə o qeyd edib.
Ə.Əhmədovun sözlərinə görə, YAP Qadınlar Şurasının fəaliyyəti sayəsində Azərbaycanın bir çox qadınları ictimai siyasi proseslərə fəal inteqrasiya edib və respublikanın inkişafına öz töhfələrini veriblər.
“Bizim partiya qadınlar olmadan bu günkü inkişaf səviyyəsinə çata və nüfuzlu siyasi təşkilata çevrilə bilməzdi. Biz bu gün kişilərlə eyni səviyyədə çalışan qadınların sayının artmasından məmnunuq”,- deyə Ə.Əhmnədov qeyd edib.
Tədbirdə Milli Məclisin vitse- spikeri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış ediblər.
R.Babayev