Dekabrın 2-dən 4-dək Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclaslarında iştirak edəcəklər. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə Avropada antisemitizmə qarşı yeni mübarizə üsulları, dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, demokratik vətəndaşlıq üçün bilik və bacarıqların artırılması, uşaqlar üçün təhsil və təlimin əhəmiyyəti, korrupsiyanın qarşısının alınmasına parlament nəzarəti: parlamentlərin media ilə əməkdaşlığı, sahibkarlıq hüququ, internetdə ifadə azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
R.Babayev